Patent qanunvericiliyinin (de lege ferenda) müqayisəli təhlili: Patent müvəkkillərinin statusu, yetərsiz məsuliyyət və bəzi institusional məsələlər kontekstində

5 Baku St. U. L.Rev. 277 (2019)
Məqalənin dili: Azərbaycanca.

Annotasiya
Məqalədə sənaye mülkiyyətinin mühafizəsi sahəsində patent qanunvericiliyi milli prizmadan, həm də ABŞ, Türkiyə, Almaniya və digər dövlətlərin timsalında müqayisəli təhlil edilərək qanunvericilikdəki boşluqlara patent müvəkkillərinin statusu, məsuliyyət təminatı və ondakı tarixi qalıq izlər, müəyyən prosessual-intitusional məsələlərlə əlaqədar münasibət bildirilir. Universal və regional olmaqla patent hüquqlarının beynəlxalq təminat sistemi araşdırmaya cəlb olunan prioritet məsələlərdəndir. İki hüquqi sistemdə özünü büruzə verən prinsipal fərqlər və patent hüquqlarının pozulması ilə bağlı mübahisələrdə müstəsna yurisdiksiyaya malik milli-ixtisaslaşdırılmış, o cümlədən beynəlxalq ədalət mühakiməsi mexanizmləri də müəllifin diqqətindən yan keçə bilməzdi.

Bu post həm də digər dildə mövcuddur: English