Sözlərin və tətbiq olunan hüququn enerji investisiya arbitrajına təsirləri: Azpetrol Qrupunun Azərbaycana qarşı işinin qiymətləndirilməsi

4 Baku St. U. L.Rev. 213 (2018)
Məqalənin dili: İngiliscə.

Annotasiya
Enerji investisiya arbitrajı mübahisə tərəflərinin hərəkətləri nəticəsində meydana gələn gözlənilməz çağırışlar və ya nəticələrdən heç vaxt sığortalanmayıb. Danışıqların bir-birindən tamamilə fərqli məqsədlərinə diqqətlərini toplayan mübahisə tərəfləri bəzən ümumi yazı üslublu barışıq sazişlərini qəbul etməklə səhvə yol verə bilirlər. Bu cür barışıq sazişləri arbitraj heyətləri tərəfindən baxılmağa qəbul edilən mübahisələrin yurisdiksiyadan rədd edilməsinə gətirib çıxara bilir ki, bununla da tərəflərdən biri bir çox mənfəətlərdən, xüsusilə, kompensasiyadan məhrum qala bilər. Doğru seçilmiş tətbiq edilən hüquq tərəflər arasındakı sazişlərin təfsirində əhəmiyyətli rol oynayır. Buna baxmayaraq, Azpetrol işində tətbiq edilən hüququn mübahisəyə təsirinin qiymətləndirilməsi ona görə vacibdir ki, bu mübahisədə tətbiq edilən hüquq iddiaçı investorları mübahisənin və bütün iddiaların rədd edilməsindən xilas edə bilməmişdir.

Bu post həm də digər dildə mövcuddur: English