“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna edilmiş dəyişikliklərin Konstitusiyaya uyğunluğu məsələsi

1 Baku St. U. L.Rev. 17 (2015)
Məqalənin dili: Azərbaycanca.

Annotasiya
Məqalədə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna edilmiş dəyişikliklərlə Konstitusiyanın müvafiq maddələri arasında yaranan fikir ayrılıqları ətraflı təsvir edilir. Vətəndaşlığın əldə edilməsi qaydaları, vətəndaşlığın əldə edilməsinin “qan hüququ” və “torpaq hüququ” prinsiplərinin uzlaşması məsələsinin qanunvericilikdə öz əksini necə tapması, həmçinin vətəndaşlığın itirilməsinin yeni əsasları barədə fikirlər məqalədə qeyd edilmişdir. O cümlədən, bütün bu məsələlərin bir sıra xarici ölkə qanunvericilikləri, beynəlxalq sənədlərlə müqayisəsi məzmunda öz əksini tapmışdır.

Bu post həm də digər dildə mövcuddur: English