Ukraynalı qaçqınların əmək hüquqları və Avropada həyata keçirilməsi

9 Baku St. U. L.Rev. 92 (2023)
Məqalənin dili: İngiliscə.

Annotasiya
Qaçqınların hüquqlarının qorunması insan hüquqlarının müdafiəsinin ən mühüm məsələlərindən biri olmuşdur. Belə ki, bu şəxslər üzləşdikləri çətinliklərə görə əlavə müdafiə tədbirlərinə ehtiyac duyurlar və bu da onları başqa ölkədə sığınacaq tapmağa məcbur edir. Həmin məsələ son dövrlərdə Rusiya Federasiyasının silahlı təcavüzü nəticəsində öz ölkəsini tərk edib Avropa ölkələrinə getmək məcburiyyətində qalmış Ukrayna vətəndaşları üçün əhəmiyyət daşıyır. Məqalədə ukraynalı qaçqınların Avropa ölkələrində əmək hüquqlarının müdafiəsi müzakirə olunur və Aİ-yə üzv dövlətlərdə sözügedən hüquqların həyata keçirilməsi nəzəri və təcrübi cəhətdən hərtərəfli təhlil edilir. Xüsusilə, məqalə Aİ-nin qəbul etdiyi hüquqi aktlardakı çatışmazlıqlara diqqət yetirir və İttifaqa üzv olan üç ölkənin: Polşa, Almaniya və Latviyanın müvafiq sahədəki qanunvericiliyini təhlil edir. Sonda isə ukraynalı qaçqınların hüquqlarının müdafiəsini təmin etmək üçün mövcud qanunlara əlavələrin edilməsi və qaçqınların cəmiyyətə inteqrasiyasını dəstəkləməklə əlaqədar təkliflər verilir.

Bu post həm də digər dildə mövcuddur: English