Mülki prosesdə ərizə formalarının tətbiq edilməsi: Alman hüququndan baxış

9 Baku St. U. L.Rev. 111 (2023)
Məqalənin dili: Azərbaycanca.

Annotasiya
Mülki mübahisələrin say çoxluğu məhkəmələrin iş yükünün azaldılmasını zəruri edir. Bu səbəbdən Azərbaycan Respublikası da daxil olmaqla, digər ölkələrdə bu prosesin sürətləndirilməsi və sadələşdirilməsi istiqamətində müxtəlif islahatlar aparılır. Həmin islahatların siyahısına tərəflərin təqdim etdiyi iddia və qarşılıqlı iddia ərizələrinin strukturlaşdırılması da aiddir. Bütün növ yeniliklərdə olduğu kimi, burada da tətbiq zamanı müəyyən risklərin yaranması ilə bağlı ehtimallar mövcuddur. Onların siyahısına ədalət mühakiməsinə çıxış prinsipi, prosesin şəffaflığının təmin edilməsi və digər əlaqəli məqamlar aiddir. Məqalə alman qanunvericiliyində müvafiq islahatların keçirilməsi zamanı ortaya çıxan problemli məqamlar və onlara münasibətdə sərgilənən yanaşmaları təhlil edir.

Bu post həm də digər dildə mövcuddur: English