Məqalənin dili: İngiliscə.
Annotasiya
Beynəlxalq təşkilatların sayının artması onların daha çox insanın həyatına və hüquqlarına olan təsir gücünü artırmışdır. İstər münaqişə zonasında sülh və sabitliyi təmin etmək məqsədilə əməliyyatları qanuniləşdirmək və həyata keçirməklə, istərsə də insanların həyat şəraitini yaxşılaşdırmaq üçün layihələri maliyyələşdirməklə beynəlxalq təşkilatlar qlobal problemlərin həllində mühüm rol oynayır. Bununla birlikdə, hazırda həmin təşkilatların qəbul etdikləri qərarlar və həyata keçirdikləri fəaliyyət nəticəsində ortaya çıxan beynəlxalq hüquq və insan hüquqlarının pozulmasına dair kifayət qədər sübutlar mövcuddur. Buna baxmayaraq, həmin təşkilatlara verilən yurisdiksiya immuniteti onların insan hüquqlarının pozulmasına görə məsuliyyətə cəlb edilməsi məsələsinin həllini çətinləşdirmiş, hətta mümkünsüz etmişdir. Bu səbəblə də məqalə beynəlxalq təşkilatların immunitetlərinin azaldılması zərurətini göstərmək üçün yurisdiksiya immunitetinin məzmununu araşdırmaq məqsədi daşıyır.
Bu post həm də digər dildə mövcuddur: English