Tanınmaq hüququ: yeni əqli mülkiyyət hüququna ehtiyac varmı?

8 Baku St. U. L.Rev. 257 (2022)
Məqalənin dili: Azərbaycanca.

Annotasiya
Müasir dövrdə əqli mülkiyyət hüquqlarının sərhədləri genişlənmiş, tanınmaq hüququ da əqli mülkiyyət hüququ kimi qəbul edilməyə başlanmışdır. Tanınmaq hüququ şəxsi toxunulmazlıq hüququndan törəmə olsa da, zamanla əqli mülkiyyət hüququna xas olan xüsusiyyətlər qazanmışdır. Son illərdə məşhur şəxsləri identifikasiya edən məlumatların əmtəə nişanı olaraq qeydiyyatının artması ilə yanaşı, onların şəkil, ad və digər fərdiləşdirici məlumatlarının əmtəələrdə istifadəsi bu hüququn aktullaşmasına səbəb olmuşdur. Bu hüquq media hüququ, mətbuat azadlığı kimi sahələrə toxunduğundan və tətbiqi sahəsi kifayət qədər geniş olduğundan məqalədə tanınmaq hüququnun yalnız əmtəə nişanı aspektləri təhlil edilərək anqlo-sakson və roman-german hüquq sistemlərindəki yanaşmalara diqqət çəkilmişdir. Məqalədə, həmçinin Azərbaycan Respublikasının mövcud qanunvericiliyində tanınmış və tanınmamış şəxsləri identifikasiya edən məlumatlarının əmtəə nişanı olaraq qeydiyyatı ilə bağlı əlavə tənzimləməyə ehtiyac olduğuna diqqət çəkilmişdir.

Bu post həm də digər dildə mövcuddur: English