100 illik mübahisə: Egey dənizində ərazi sularının delimitasiyası

8 Baku St. U. L.Rev. 178 (2022)
Məqalənin dili: Azərbaycanca.

Annotasiya
Türkiyə və Yunanıstan arasındakı Egey dənizi problemi 100 ilə yaxın bir müddətdir ki, öz həllini tapmır. Bunun başlıca səbəblərindən biri isə hər iki ölkənin delimitasiya ilə bağlı fərqli yanaşmaları, Türkiyənin orta xətt prinsipini, Yunanıstanın isə bərabər məsafə prinsipini təklif etməsi, tərəflərin Birləşmiş Millətlər Təşkilatının “Dəniz Hüququ haqqında” Konvensiyasının müddəalarının mübahisənin həlli üçün tətbiqi və adət hüququ ilə bağlı hüquqi mövqeləri, habelə məsələnin pərdə arxasındakı siyasi maraqlar və enerji resurslarına çatımlılıqdır. Bu xüsusda, məqalədə hər iki ölkənin təklifləri qarşılıqlı şəkildə təhlil ediləcək, eləcə də Beynəlxalq Ədalət Məhkəməsinin oxşar mübahisələr üzrə verdiyi qərarlar nəzərdən keçiriləcək, sonda isə mübahisənin obyektiv həlli istiqamətində dünya praktikası da nəzərə alınmaqla həll yolları təklif ediləcəkdir.

Bu post həm də digər dildə mövcuddur: English