Subsidiyalar və inkişaf etməkdə olan dövlətlər arasındakı əlaqələrə yenidən baxmaq

8 Baku St. U. L.Rev. 149 (2022)
Məqalənin dili: İngiliscə.

Annotasiya
Subsidiyalar dövlət iqtisadiyyatını inkişaf etdirmək üçün əhəmiyyətli vasitələrdən biri olmaqla yanaşı, Ümumdünya Ticarət Təşkilatı tərəfindən əhatə olunan ən mübahisəli məsələlərdən biridir. Xüsusilə, subsidiyaların ekstraterritorial formalarda mövcud ola bilibbilməyəcəyi sualı akademiya daxilində qızğın müzakirələrə səbəb olmuşdur. Subsidiyaların rəqabət və ümumilikdə, iqtisadiyyat üzərində təsirini nəzərə alsaq, bu suala mümkün cavabların əhəmiyyəti daha da aydın olur. Əlavə olaraq, “inkişaf etməkdə olan dövlətlər”in statusu hələ də həll edilməmiş olaraq qalır. “İnkişaf etməkdə olan dövlət” hesab olunmaq subsidiya tətbiq etmək imkanlarını artırır. Amma hansı şərtlər daxilində dövlətin “inkişaf etməkdə olan dövlət” hesab olunması mübahisəlidir. Ona görə də inkişaf etməkdə olan dövlətlər üçün kriteriyaların aydınlaşdırılması da vacibdir.
Bu məqalədə subsidiyalar hüquqi və iqtisadi aspektlərdən təhlil edilmişdir xüsusən, subsidiyaların inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatına təsirləri müzakirə edilmişdir. Subsidiyaların anlayışı və təsirləri araşdırıldıqdan sonra isə Ümumdünya Ticarət Təşkilatının tənzimləməsində və Mübahisələrin Həlli Qurumunun məhkəmə təcrübəsində olan bəzi problemlər araşdırılaraq həmin çatışmazlıqları aradan qaldırmaq üçün təkliflər verilmişdir.

Bu post həm də digər dildə mövcuddur: English