Təhlükəlilik mifi: Məhkəmələr və Konqres ruhi xəstələrə ömürlük federal odlu silah qadağalarını necə tətbiq edir

8 Baku St. U. L.Rev. 122 (2022)
Məqalənin dili: İngiliscə.

Annotasiya
Bu məqalə ABŞ-də ruhi xəstələrin silah hüquqlarına ən çox zərər vuran mənfi təsir qüvvələrini müəyyənləşdirir. Bundan əlavə, məqalədə Amerikanın psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilmə barədə işlər üzrə məhkəmə sistemi tənqid olunur, eləcə də ştat məhkəmələrinin mütəmadi olaraq qeyd olunan işlər üzrə qərarlarında təhlükəlilik meyarını çox geniş tətbiq etməsi və Konqresin problemin kəskinləşməsindəki rolu vurğulanır. Həmçinin məqalədə Amerika Psixologiya Assosiasiyasının lüzumsuz psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilmələrin sayının azaldılması üçün psixiatrlara hüquqi cəhətdən təhlükəlilik meyarı ilə bağlı ciddi təlimatlar verməsinin önəmindən bəhs edilir. Son olaraq, məqalə konstitusiyaya zidd olaraq hüquqlardan məhrum edilmələrin gələcəkdə qarşısını almaq üçün Konqres tərəfindən həll edilməsini təklif edir.

Bu post həm də digər dildə mövcuddur: English