Birləşmə və qoşulma arbitraj proseslərinin birləşdirilməsi ilə arbitraj “multiverse”inə

7 Baku St. U. L.Rev. 231 (2021)
Məqalənin dili: İngiliscə.

Annotasiya
Günümüzdə birləşmə və qoşulma əməliyyatlarının artması ilə, bu cür əməliyyatlarla bağlı mübahisələr də artmaqdadır. Birləşmə və qoşulma əməliyyatları üzrə mübahisələr paralel icraata yol açaraq bəzən fərqli tribunallar tərəfindən uyğunsuz qərarlar qəbul edilməsi riskini yaradır. Məqalədə birləşmə və qoşulma mübahisələri üzrə arbitrajda bu cür qərarların verilməməsi üçün konsolidasiyanın tətbiqi və arbitraj prosedurunun konsolidasiyasına mane olan aktual məsələlər müzakirə olunur. Vəziyyətin aydın təsəvvürünü yaratmaq üçün əvvəlcə birləşmə və qoşulma mübahisələri üzrə arbitraj prosesinin müxtəlif mərhələləri və bu mərhələlərdə yarana biləcək mübahisələrin xüsusi növləri təhlil edilmişdir. Məqalənin ikinci hissəsində isə əsas problemin və sözügedən prosedurun konsolidasiyası üçün mümkün həll yolunun müəyyənləşdirilməsi məqsədilə konsolidasiyanın üstünlükləri və problemləri araşdırılmışdır. Mövcud problemlərin qiymətləndirilməsi ilə arbitraj müqaviləsində tərəflərin fərqli institusional qaydalarını açıq şəkildə seçmə halları istisna olmaqla, konsolidasiya yolundakı hər bir maneənin sadə həllə malik olduğu ortaya çıxır. Birləşmə və qoşulma əməliyyatları üzrə mübahisələrə fərqli institusional qaydaların tətbiq edilməsi məsələsi araşdırılmış və qurumlar arasında əməkdaşlıq imkanları təhlil edilmişdir. Nəticədə, tərəflərin korporativ strukturu və onlar arasında bağlanan əsas müqavilələr və onların törəmələri səbəbindən mürəkkəb xarakter daşıyan birləşmə və qoşulma əməliyyatları üçün xüsusi olaraq vacib olan bir arbitraj institutu və onlara tətbiq olunan qaydalar müəyyən edilmişdir. Məqalədə, konsolidasiyanın inkişafı üçün arbitraj institutları arasında əməkdaşlığın genişləndirilməsinə ehtiyac olduğu qənaətinə gəlinir. Bu cür yanaşma konsolidasiyanı tərəflər üçün daha əlçatan edərək tətbiqini asanlaşdıracaq.

Bu post həm də digər dildə mövcuddur: English