Məqalənin dili: Azərbaycanca.
Annotasiya
Texnologiyalar dövründə yaşadığımız üçün rəqəmsal cihazlar, sosial media, bulud bağlantısı həyatımızın ayrılmaz hissəsinə çevrilib. İnternet və sosial şəbəkələrdən istifadə genişləndikcə internet istifadəçiləri tərəfindən onlayn aləmdə getdikcə daha çox məlumat paylaşılır. Bu məqalədə şəxs vəfat etdikdən sonra şəxsin yaşadığı dövr ərzində müxtəlif vasitələrdə toplanılmış və saxlanılmış fərdi məlumatlarından istifadə edilməsinin mümkünlüyü və belə məlumatlardan istifadə edilməsinin nəticələri Azərbaycan Respublikası qanunvericiliyi çərçivəsində təhlil ediləcəkdir. Həmçinin “Fərdi Məlumatların Qorunması üzrə Ümumi Qaydalar”-da (The General Data Protection Regulation – GDPR) vəfat etmiş şəxsin fərdi məlumatlarının işlənilməsi ilə bağlı tənzimləmənin olub-olmaması da analiz ediləcək və fərdi məlumatların qorunması üzrə xarici praktikaya nəzər yetiriləcəkdir. Beləliklə, vəfat etmiş şəxsə münasibətdə müxtəlif ölkələrin fərdi məlumatların təhlükəsizliyi üzrə qanunvericilikləri təhlil edilməklə Azərbaycan Respublikasının fərdi məlumatların qorunması üzrə qanunvericiliyindəki boşluqlar və çatışmazlıqlar aşkar edilərək yerli qanunvericilikdə dəyişikliklər, təkmilləşdirmələr üçün bir sıra təkliflər irəli sürüləcəkdir.
Bu post həm də digər dildə mövcuddur: English