Fövqəladə vəziyyətlər və insan hüquqları pandemiya kontekstində

6 Baku St. U. L.Rev. 128 (2020)
Məqalənin dili: Azərbaycanca.

Annotasiya
Məqalədə pandemiya kontekstində fövqəladə vəziyyətlər zamanı hökumət səlahiyyətləri ilə insan hüquqları arasında ədalətli balansın təmin edilməsi problemi araşdırılır. Burada fövqəladə vəziyyət terminin anlayışı, elementləri və bu vəziyyətlərdə insan hüquq və azadlıqlarının müdafiə olunması mexanizmi beynəlxalq qanunvericilik və Azərbaycan Respublikası Qanunvericiliyi baxımından təhlil edilmişdir. Epidemiyaların qarşısının alınması məqsədilə tətbiq edilən və insan hüquqlarına münasibətdə məhdudiyyət tədbirlərinin həyata keçirilməsinə imkan verən xüsusi karantin rejiminin qanuni əsasları tədqiq olunmuşdur.

Bu post həm də digər dildə mövcuddur: English