Dəniz qüsurlarından azadolma: Qocalar üçün ölkə yoxdur

6 Baku St. U. L.Rev. 1 (2020)
Məqalənin dili: İngiliscə.

Annotasiya
Bu məqalə dəniz daşıyıcılarının məsuliyyətini istisna edən hallardan biri olan naviqasiya səhvinin tarixi inkişafını və nəzəriyyəsini özündə ehtiva edir. Həmçinin məqalədə bu istisnanı zəruri edən hallar fərqləndirilmiş və qanunvericilik aktlarına, habelə beynəlxalq konvensiyalara hansı formada daxil edildiyi müəyyənləşdirilmişdir. Bu azadetmənin beynəlxaq konvensiyalar çərçivəsində tənziminin müqayisəli analizi aparılmışdır. Daha sonra, presedent hüququna istinad edilməklə naviqasiya səhvi istisnasının konseptual əsası diqqətə çatdırılmış, üzgüçülüyə yararlılıq, yükə qayğı və naviqasiya səhvi arasındakı münasibətlər aydınlaşdırılmışdır. Son olaraq sübutetmə yükü izah olunmuş və naviqasiya səhvi istisnasının ləğv edilməsi ilə əlaqədar arqumentlər müzakirə edilmişdir. 

Bu post həm də digər dildə mövcuddur: English