Avropa İttifaqı hüququ və Üzv Dövlətlərin hüquq sistemlərinin qarşılıqlı fəaliyyəti aspekti

6 Baku St. U. L.Rev. 49 (2020)
Məqalənin dili: İngiliscə.

Annotasiya
Milli hüquq və Beynəlxalq hüquqdan fərqli olaraq, xüsusiləşdirilən Avropa İttifaqı hüququnun və digər tərəfdən Avropa İttifaqı tərkibinə daxil olan 28 (27) üzv dövlətin milli hüquq sistemlərinin qarşılıqlı əlaqəsinin iki baxımdan özünəməxsus yeri var: birincisi, Aİ baxımından, ikincisi, üzv dövlətlərin nöqteyi-nəzərindən. Məqalədə Avropa İttifaqı hüququnun anlayışına müxtəlif yanaşmalar və “qarşılıqlı əlaqə” ünsürünün burada yeri, habelə Avropa İttifaqına üzv olan dövlətlərdən biri və xüsusi şərtlə Avropa İttifaqına daxil olan İrlandiya hüquq sisteminin Avropa İttifaqı ilə qarşılıqlı əlaqəsi aspektində analiz edilmişdir. İrlandiya hüquq sistemi və Avropa İttifaqı hüququnun qarşılıqlı əlaqəsinin əsaslarına aydınlıq gətirilmiş və bu əsasların dövlətin fəaliyyətinə göstərdiyi təsir qeyd edilmişdir. Digər tərəfdən isə, Avropa İttifaqı hüququnun birbaşa təsir qüvvəsinin ona üzv olan dövlətlərin qanunvericiliyi və məhkəmələrində təzahürünə nəzər yetirilmiş və bu yöndə əldə olunan nəticələr, həmçinin Avropa Ədalət Məhkəməsi ilə milli məhkəmələr arasında qarşılıqlı münasibətin halları müzakirə edilmişdir. Nəticədə Avropa İttifaqı hüququnun və ona üzv dövlətlərin hüquq sisteminin qarşılıqlı əlaqəsi barədə yekun olaraq Avropa İttifaqı hüququnun üstün hüquqi mövqeyi ön plana çəkilmişdir.

Bu post həm də digər dildə mövcuddur: English