Yanğına qarşı yanğınla mübarizə: ÜTT üçün təkrar pozucu siyasət

5 Baku St. U. L.Rev. 174 (2019)
Məqalənin dili: İngiliscə.

Annotasiya
Trump və digər mürtəce konservativ hakimiyyətlər Ümumdünya Ticarət Təşkilatı (ÜTT) üçün böyük təhlükə mənbəyidir. Üzvlərinin könüllü olaraq öz qaydalarına uyma iradəsi üzərində qurulan ÜTT-nin Mübahisələrin Həlli Mexanizmi (MHM) Prezident Trump kimilərinin qarşısını almaq üçün çox zəifdir. Bu cür zəif icra mexanizmi, əsasən, inkişaf etməkdə olan ölkələrə təsir edir, hansılar ki, MHM nəzdində ABŞ kimi böyük ekonomik “div”lərin qarşısını almaqda aciz qalırlar. İndiki Doha Dairəsi MHM nəzdində daha effektiv icra mexanizmi yaratmaq məqsədilə təşkil olunmuşdu, lakin hər hansı bir dəyişiklik edilmədən dayandırıldı. Doha Dairəsində bir çox alternativlər irəli sürüldü, lakin bu alternativlər problematik olması ilə fərqlənirdi. Alternativlər ya MHM nəzdində qisas məsələsinin zəifliyinə toxunmur, ya da ÜTT üzvləri tərəfindən qəbul olunma ehtimalı çox aşağı olması ilə seçilirdi. Yeni və daha ağlabatan üsul təkrar pozucu siyasəti olardı. Bu siyasətə görə ÜTT Müqavilələrini davamlı olaraq pozan üzvlərə qarşı daha güclü təsir üsulları tətbiq olunmalıdır. Bu siyasət, xüsusilə, ÜTT-yə qarşı Trump hakimiyyəti kimi ciddi təhdidləri hədəfləyir və rəsmi düzəliş prosesindən keçmədən qəbul olunması ehtimalı daha çoxdur. Bu da bu siyasəti ÜTT-yə qarşı olan təhdidlərə münasibətdə ən uyğun üsul edir.

Bu post həm də digər dildə mövcuddur: English