“Uşaqdan konfet götürmək kimi”: ABŞ, Avropa və Azərbaycanın patent qanununda və təcrübəsində aşkar olmama standartının müqayisəli təhlili

5 Baku St. U. L.Rev. 136 (2019)
Məqalənin dili: İngiliscə.

Annotasiya
İnkişaf edən texnologiyanın fonunda yenilik və faydalılıq standartlarının yetərsizliyi patent qanunvericiliyini ‘ixtira səviyyəliliyi’ adlanan yeni bir standartın axtarışına sövq etmişdir. İxtira səviyyəliliyi elm və ya texnologiyada bəsit, ona görə də asanlıqla yaradıla biləcək ixtiraları patent hüququnun mühafizəsindən kənarlaşdırmaqla mühüm əhəmiyyət kəsb edir. Buna baxmayaraq, mövcud bilgilər məcmusunda ortalama qabiliyyətli şəxsin mövqeyinin tətbiqi praktikada bir-birindən fərqli yanaşmalara gətirib çıxara bilər. Azərbaycan Respublikasının Patent haqqında Qanunu ilə formalaşan praktika, o cümlədən Qanunun 7.6-cı bəndi ixtira səviyyəliliyinin qiymətləndirilməsi üzrə prosedurunun mərkəzinə ixtira ilə eyni sahədə çalışan mütəxəssisi qoyur. Halbuki, ABŞ və Avropadakı təcrübə, xüsusilə presedent hüququ vasitəsilə ortalama qabiliyyətli şəxs anlayışını fərqli məzmunda başa düşür. Bu məqalə sözü gedən bəndi müqayisəli hüquq və praktikanın işığında müzakirə edir və bu mənada Patent haqqında Qanun üçün labüd dəyişikliklər barədə tövsiyələrini verir.

Bu post həm də digər dildə mövcuddur: English