Toxunulmazlıq beynəlxalq cinayətlərin milli təqibi yolunda əsas maneə kimi

5 Baku St. U. L.Rev. 83 (2019)
Məqalənin dili: İngiliscə.

Annotasiya
Xarici yüksək vəzifəli dövlət işçilərinin – ölkə başçılarının, hökumət başçılarının və xarici işlər nazirlərinin immuniteti onların ağır beynəlxalq cinayətlərin törədilməsinə görə milli məhkəmələrdə mühakimə olunması yolunda əsas maneədir. Bu məqalə xarici yüksək vəzifəli dövlət işçilərinin immuniteti ilə bağlı Nürnberq Tribunalının Nizamnamə və qərarları, Roma Statutu, həmçinin milli məhkəmə qərarlarında əks olunan tənzimləmələrin nəzərdən keçirilməsinə həsr olunur. Bununla yanaşı, immunitetin anlayışı və növləri, müxtəlif yanaşmaların təhlili, həmçinin xarici yüksək vəzifəli şəxslərin beynəlxalq və milli yurisdiksiyada immunitetindən istisnaların müəyyən olunmasında beynəlxalq və milli məhkəmələrin təcrübəsi araşdırılmışdır.

Bu post həm də digər dildə mövcuddur: English