Məqalənin dili: İngiliscə.
Annotasiya
Çarter müqavilələri ilə müəyyən edilən təhlükəsiz liman qeyd-şərtlərinin limanın spesifik gəmi
üçün təhlükəli hesab edilib-edilməməsi baxımından xüsusi çəkisi var. Bu mənada, biznes
münasibətlərinin tərəfləri maliyyə çətinlikləri ilə üzləşməmək üçün bu qeyd-şərtlərin necə
düzgün olaraq göstərilməsində maraqlı ola bilərlər. Deyilənləri nəzərə alaraq, məqalə biznes
münasibətlərinə girərkən çarter müqavilələrinin bir parçası olan və olmalı olan təhlükəsiz liman
qeyd-şərtlərinə bir nəzər salacaq. Məqalə həmçinin bu qeyd-şərtləri İngilis və Azərbaycan
hüququ vasitəsilə analiz edərək, onlar arasındakı müqayisəli məqamları ortaya çıxarmağa
çalışacaq.
Bu post həm də digər dildə mövcuddur: English