Bulud üçün ödəniləcək yüksək qiymət: Bulud əsaslı saxlama proqramları məlumatların saxlanmasını necə asanlaşdırır, lakin eyni zamanda özəl sektorun işəgötürənləri və işçiləri üçün hüquqi problemlər və təhlükəsizlik riskləri yaradır

3 Baku St. U. L.Rev. 131 (2017)
Məqalənin dili: İngiliscə.

Annotasiya
“Cloud” əsaslı texnologiyaların inkişafı özü ilə birlikdə bu texnologiyanın iş mühitində tətbiqi ilə bağlı suallar və problemlər meydana gətirdi. Gündəlik istifadəçilər səbəbini dərk etmədən xeyli informasiya saxladıqları halda, bizneslə məşğul olanlar cloud-bazalardan sırf rahatlığına və bir sıra əhəmiyyətli məsələlərə görə istifadə edirlər. Lakin belə istifadə nəticədə onları “məlumat pozuntuları” üçün məsuliyyətlə üzbəüz qoyur. ABŞ məhkəmələri bu məsələyə dövlət işçilərinin şəxsiliyinin pozulması çərçivəsində baxdığından özəl sektor işçilərinin və işəgötürənlərinin oxşar öhdəlik və məsuliyyətləri məqamı qaranlıq qaldı. Məqalədə ümumiyyətlə “cloud” kompyuterçiliyin nə olduğu, əmək haqqı və iş vaxtı, əqli mülkiyyət hüququ və həm işçi, həm də işəgötürənlər üçün ümumi şəxsilik baxımından hansı hüquqi məsələləri meydana çıxardığı müzakirə edilir. Məqalədə eləcə də, hər iki tərəfə inkişafda olan “cloud” kompyuterçilik dünyasında manevr etməyə yardımçı olmaq üçün mövcud və ya təklif olunmuş qanunvericilik və qəbul edilmiş hər hansı bir məhkəmə işinin olub olmaması araşdırılmışdır. Nəhayət, məqalədə qanunvericilik və məhkəmələrin uğursuz olduğu məsələlər üzrə adekvat həllər təklif edilməyə çalışılır.

Bu post həm də digər dildə mövcuddur: English