Məqalənin dili: Azərbaycanca.
Annotasiya
Anderraytinq, Birləşmə və Qoşulma kimi fəaliyyətləri əsas istiqaməti olan investisiya bankçılığı vasitəçilik xidməti ilə nəinki bankçılıq sektorunda, bütünlükdə dünya iqtisadiyyatında spesifik yer tutur. Məqalədə investisiya banklarının iflas prosesi və iflasına aparan səbəblər araşdırılmışdır. Bununla bağlı ex-post və ex-ante halında iflas normaları üçün müəyyənləşdirilməli olan əsas amillər açıqlanmışdır. 2007-2008-ci illərin qlobal maliyyə böhranında investisiya banklarının oynadığı rol, “bata bilməyəcək qədər böyük” konsepti, dövlətin bu bankların iflasında və qurtarılmasında yeri və səbəbləri diskussiya edilmişdir. Sonda isə, böhrandan çıxarılan dərslər, Dodd-Frank Uoll Strit Reformu və İstehlakçıların Hüquqlarının Qorunması Qanunu və Volcker Rule-dan doğan nəticələr analiz edilmişdir.
Bu post həm də digər dildə mövcuddur: English