Çox daha yaxşıdır? Çində tutulmalarda artıq kompensasiya

3 Baku St. U. L.Rev. 15 (2017)
Məqalənin dili: İngiliscə.

Annotasiya
Hal-hazırda praktikada, xüsusilə ictimai maraqlar və xüsusi mülkiyyət hüquqları arasında münaqişələrlə üzləşən zaman mütləq mülkiyyət hüququ doktrinasından istifadə edən heç bir ölkə yoxdur. Torpaqlar üzərində mülkiyyət hüququnun məhdudlaşdırılması haqqındakı elmi müzakirələrin çoxu “ictimai maraq” məsələsi və legitim “məhdudlaşdırılma”ların əvəzində ədalətli kompensasiya standartı anlayışı üzərində fokuslanır. Çində belə məhdudlaşdırılma əhalinin ağlasığmaz dərəcədə geniş miqyası və bunun ölkənin sürətli iqtisadi inkişafı ilə əlaqəsinə görə həqiqətən olduqca əhəmiyyətlidir. Və daha maraqlısı məhdudlaşdırılmaların mülkiyyət hüququnun pozulması kimi görülməsi stereotipidir. Uğursuzluq və ciddi münaqişələrin eyni vaxta mövcud olması səbəbindən Çin əhalisinin məhdudlaşdırılmalara münasibətləri daha da mürəkkəbləşmişdir. Aşağı təbəqə əhalinin böyük hissəsi qısa vaxtda yaşayış standartlarının yaxşılaşdırılması üçün torpaqların tutulmasına görə kompensasiyanı yeganə olmasa da, ən yaxşı variant kimi görür. Bu məqalənin məqsədi Çində tutulmaların kompensasiyasını təqdim etmək və daxili siyasi-iqtisadi məntiqi qısaca izah etməkdir.


Bu post həm də digər dildə mövcuddur: English