Qlobal dünyaya yeni perspektiv: Elektron hökümət və onun hüquqi məzmunu

3 Baku St. U. L.Rev. 89 (2017)
Məqalənin dili: Azərbaycanca.

Annotasiya
Elektron hökumət sistemi qloballaşan dünyada dövlətlərin öz əhalisi üçün müəyyən etdikləri və, əsasən, çeviklik və şəffaflıq prinsipinə dayanaraq ərsəyə gətirdikləri bir sistemdir. Ümumiyyətlə, dövlət-cəmiyyət arasında mövcud olan münasibətlərin daha da inkişaf edərək bir növ “yeni eraya” qədəm qoymasında məhz elektron hökumət sisteminin rolu əhəmiyyətli dərəcədə böyükdür. Bu baxımdan məqalədə elektron hökumətin hüquqi əsasları həm beynəlxalq, həm müxtəlif dövlətlərin, həm də Azərbaycan Respublikası qanunvericiliyi aspektlərindən müəyyən edilmiş və mövzu üzrə ətraflı şəkildə araşdırma aparılmışdır.


Bu post həm də digər dildə mövcuddur: English