Elgin mərmərləri mübahisəsinə beynəlxalq hüquq, əxlaq və ictimai siyasət tətbiqi

3 Baku St. U. L.Rev. 1 (2017)
Məqalənin dili: İngiliscə.

Annotasiya
Ötən əsrdə Avropanın keçmiş imperiya qüvvələri tərəfindən mədəni sərvətlərin geri qaytarılması üçün saysız-hesabsız çağırışlar edilmişdir. Yəqin ki, bu mübahisələrdən ən məşhuru Birləşmiş Krallıqla Yunanıstan arasında olmuşdur. XIX əsrin əvvəllərində, Osmanlı imperiyasında yerləşən Britaniya səfiri tərəfindən Afinadakı Parfenon məbədindən xeyli sayda qədim əsərlər götürüldü, və bu əsərlər (“Elgin mərmərləri”) Londondakı Britaniya Muzeyində sərgiyə qoyuldu. Müstəqil Yunanıstan dövləti yarandıqdan sonra, xalq bu əsərləri geri qaytarmaq üçün mütəmadi olaraq çağırışlar edirdi, lakin bu çağırışlar Britaniya höküməti tərəfindən rədd edilirdi. Mübahisənin davamlılığı, əsərlərin məşhurluğu və beynəlxalq hüququn inkişafı əsas verir ki, bir neçə on illik ərzində “Elgin mərmərləri” mədəni irs və xarici əlaqəli mübahisələrin ön sıralarında dayansın. Hal-hazırda yunanların bu əsərləri geri qaytarmaq üçün bir neçə seçimi vardır (hüquqi və digər). Mübahisənin gələcək inkişafını müəyyənləşdirməkdən ötrü bu məqalədə işin faktları ilə əlaqədar olaraq nəinki beynəlxalq hüququn ümumi prinsiplərinə, həmçinin əxlaq qaydalarına, tarixiliyə və diplomatik münasibətlərdə könüllü qaytarılmaya da müraciət olunacaqdır.


Bu post həm də digər dildə mövcuddur: English