Çin Qərbi izləyirmi? Xarici ticarətin idarə edilməsində dövlət-vətəndaş qarşılıqlı əlaqəsinin perspektivi

2 Baku St. U. L.Rev. 177 (2016)
Məqalənin dili: İngiliscə.

Annotasiya

Çinin dünya üzərində əhəmiyyətinin ortaya çıxması son onilliklərin ən gözə çarpan hadisələrindən biri olmuşdur. Lakin sürətlə yayılan Qərbi liberalizminin Çin cəmiyyətini nə dərəcədə dəyişməyi və onun qlobal idarəetmədə yenidən rolunun nə cür artmağı anlaşılmaz olaraq qalır. Bu məqalə beynəlxalq ticarətin idarə olunmasında Çin hökuməti və onun vətəndaşları arasında qarşılıqlı fəaliyyətin perspektivlərinə diqqəti yönəldərək Çinin qlobal iqtisadi idarəetmə üçün konstitusional yoldan yayınmasından bəhs edir. Çin yüksəlməsi ilə yanaşı, öz dəyərlərini inkişaf edən qlobal idarəetmə qaydalarına əlavə etməyə meyil edir. Onu da vurğulamaq lazımdır ki, bəzi Çinə xas ideyalar dünya iqtisadi idarəetmə qaydaları nəzəriyyəsinə əlavə edilməyə layiqdir.

Bu post həm də digər dildə mövcuddur: English