Kriminallaşdırma və dekriminallaşdırmanın əsasları

2 Baku St. U. L.Rev. 62 (2015)
Məqalənin dili: Azərbaycanca.

Annotasiya
Məqalədə cinayət məsuliyyətinin əsasında duran fəlsəfi baxışlar, cinayət məsuliyyətinə cəlb edilmənin əsası kimi çıxış edən cinayətin anlayışına dair nəzəriyyələr araşdırılaraq qanunvericiliyimizdə cinayətə verilən anlayışla müqayisə edilmişdir. Eyni zamanda cinayət törədən şəxsin cəzaya məruz qalması nəzərə alınaraq cəzanın məqsədlərinə dair nəzəri fikirlər, onun kriminallaşdırma fəaliyyətində rolu, cinayət hüququnun hüquqi məsuliyyət nəzərdə tutan digər hüquq sahələri ilə fərqli xüsusiyyətləri tədqiq edilmişdir. Nəticədə kriminallaşdırılma və dekriminallaşdırma fəaliyyətində nəzərə alınmalı olan törədilmiş əməlin cinayət hesab edilmə meyarları məqalədə öz əksini tapmışdır.

Bu post həm də digər dildə mövcuddur: English