Məqalənin dili: Azərbaycanca.
Annotasiya
Məqalədə sığorta müqavilələrindən məhkəmə qaydasında iddiaların qaldırılmasında sığorta müqaviləsinin standart şərtlərinin rolundan danışılmışdır. Standart şərtli müqavilə kimi sığorta müqavilələrinin bağlanmasında müqavilə azadlığı prinsipinin mahiyyətindən irəli gələn müqavilənin bağlanmasında tərəflərin bərabərliyi və müqavilə şərtlərinin müəyyən olunmasında güclərin bərabərliyi məsələləri araşdırılmışdır. Məqalədə həmçinin mövzunun mahiyyətini əhatə edən haqlı gözləntilər və contra proferentem doktrinaları və onların tətbiq olunduqları yurisdiksiyalarda məhkəmə iddialarının həllinə necə təsir göstərməsi təhlil olunmuşdur. Məqalədə dövlətin sığorta fəaliyyəti üzərindəki nəzarətinin qaldırılan məhkəmə iddialarının həllinə necə təsir etdiyini göstərməklə, məhkəmələrə bu mövzuda qaldırılan iddiaların həlli zamanı hansı müddəaların nəzərə alınmalı olduğu tövsiyə edilmişdir.
Bu post həm də digər dildə mövcuddur: English