Bağışlamanın vərəsəlik payına təsiri

2 Baku St. U. L.Rev. 24 (2015)
Məqalənin dili: Azərbaycanca.

Annotasiya
Məqalə bağışlama əsasında əldə edilmiş hədiyyələrin vərəsəlik münasibətləri bərqərar olduğu halda nə kimi rol oynamasından bəhs edir. Burada hədiyyənin miras əmlakın açılması zamanı cəlb edilməsinin hansı hallarda ədalətli və məqsədəuyğun olması göstərilmişdir. Bu barədə Fransa, Almaniya, İngiltərə, Türkiyə və sair ölkələrin mülki qanunvericilik sistemi milli qanunvericiliklə müqayisə edilərək mənfi və müsbət məqamlar qiymətləndirilmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsində daha ədalətli hüquq normasının müəyyən olunması barədə tövsiyələr əks olunmuşdur. Habelə məqalədə ailə əmlakına edilmiş hədiyyənin hansı hallarda birgə mülkiyyət hesab olunması və miras bölgüsündə necə nəzərə alınması məsələsinə toxunulmuş, birgə mülkiyyət rejimi qaydasının qanuni nikahdan əlavə, daha hansı hallarda nəzərə alınmalı olmasına dair müxtəlif müəlliflərin yanaşması əks olunmuşdur.

Bu post həm də digər dildə mövcuddur: English