Transfer qiyməti

2 Baku St. U. L.Rev. 107 (2015)
Məqalənin dili: İngiliscə.

Annotasiya
Müasir dövrdə Transmilli Korporasiyaların beynəlxalq ticarətdə rolunun artması tendensiyası sürətlə inkişaf edir. Bu cür korporasiyalar öz daxillərindəki müəssisələr arasında bağlanan trans-sərhəd müqavilələrindən vergidənyayınmanın bir növü kimi istifadə edirlər. Öz filiallarını offşor zonalarda yerləşdirərək, əmtəə, xidmət və əqli mülkiyyət obyektlərini bu ölkələrə “transfer” etmək vasitəsilə gəlirlərini vergidən yayındırırlar. Məqalədə bu halların aradan qaldırılması üçün tətbiq olunan “qol uzunluğu” standartı, “qol uzunluğu” metodları, qiymət-bölüşdürmə müqavilələri, qiymətlərin əvvəlcədən müəyyən edilməsi barədə razılıqlar öz əksini tapmışdır. “Mənfəətin bölüşdürülməsi” metodu bu problemlərin aradan qaldırılmasının ən məqsədəmüvafiq üsulu kimi təhlil edilmişdir.

Bu post həm də digər dildə mövcuddur: English