İşgəncə və qeyri-insani yaxud alçaldıcı rəftar arasındakı fərqin müəyyən olunması

1 Baku St. U. L.Rev. 44 (2015)
Məqalənin dili: Azərbaycanca.

Annotasiya
“Hər kəsin fiziki, əqli və mənəvi toxunulmazlıq və işgəncəyə, qeyri-insani və alçaldıcı rəftara məruz qalmamaq hüququ vardır” – bu qayda beynəlxalq müqavilələrin, paktların və digər hüquqi sənədlərin əsas müddəalarından biridir. İşgəncənin qadağan olunması fundamental insan hüquqlarından biri olaraq heç bir halda azaldıla bilməz və hər zaman hörmət olunmalıdır. Lakin, hüquq debatlarına və müzakirələrə səbəb olan işgəncə, qeyri-insani və alçaldıcı hərəkətin ayrılıqda mənalarında yaranan qarışıqlıqlar ən ciddi məsələlərdəndir. Regional və beynəlxalq hüquqi sənədlərin işgəncə, qəddar, qeyri-insani və alçaldıcı hərəkətləri qadağan etməsinə baxmayaraq, bu anlayışlar arasındakı sərhədləri müəyyən etməmişdir. Məqalənin əsas məqsədi, bu sərhədlərin təyin edilməsinə dair müəyyən fikirləri təhlil etməkdir.

Bu post həm də digər dildə mövcuddur: English