Diplomatik sığınacaq: beynəlxalq hüquqi problemlər və müvafiq həll üsulları

1 Baku St. U. L.Rev. 30 (2015)
Məqalənin dili: Azərbaycanca.

Annotasiya
Məqalədə daha çox siyasi aspektdən tənzim olunmağa çalışılan və demək olar ki, hüquqi baxımdan tənzimlənməmiş qalan diplomatik sığınacaq hüququndan bəhs edilir. Məqalənin strukturundan da məlum olduğu kimi sığınacaq hüququnun yaranma tarixi, xarici və yerli alimlərin məsələ ilə əlaqədar fikirlərində fərqli məqamları, fundamental elementlər və ərazi təsnifatı yer alır. Münasibətlərin hüquqi tənzimlənməsinin effektivliyini təmin etmək üçün vahid beynəlxalq hüquqi aktın labüdlüyünün səbəbləri və nəticələri təhlil edilmişdir.

Bu post həm də digər dildə mövcuddur: English