Müqavilə azadlığı prinsipi və Bona fide. Sərhədsiz müqavilə azadlığı?

2 Baku St. U. L.Rev. 38 (2015)
Məqalənin dili: Azərbaycanca.

Annotasiya
Məqalə mülki hüququn əsas təməl prinsiplərindən olan müqavilə azadlığı və onun çərçivəsində “bona fide” prinsipindən bəhs edir. Məqalədə müqavilə azadlığının yaranması, onun yaranmasında iradə azadlığının rolundan bəhs olunur. Eyni zamanda məqalədə müqavilə azadlığının əslində necə bir azadlıq vəd etdiyi, bu azadlığın nisbi və ya mütləq olması, onun hansı hallarda məhdudlaşdırılmasına yol verilməsinin mümkünlüyü analiz edilmişdir. Həmçinin məqalədə “bona fide” prinsipinin yaranması, onun hüquqi xarakteristikasının təhlili aparılmışdır. Milli qanunvericiliyimizə bu prinsiplə bağlı dəyişiklik edilməsi təklif edilmişdir. Müqavilə azadlığı çərçivəsində bona fidenin yeri və bu prinsipə təsiri araşdırılmışdır.

Bu post həm də digər dildə mövcuddur: English