Yeraltı sular hüququn obyekti kimi: Azərbaycan Respublikası və beynəlxalq qanunvericilikdə yeraltı suların tənzimlənməsi, istifadəsi və mühafizəsi məsələləri

8 Baku St. U. L.Rev. 44 (2022)
Məqalənin dili: Azərbaycanca.

Annotasiya

Məqalədə yeraltı suların getdikcə artan əhəmiyyəti və hüquqi tənzimlənməsinin müxtəlif aspektləri araşdırılmış, həmin su obyektləri üzərində mülkiyyətin tarixən formalaşan və hal-hazırda da öz aktuallığını qoruyub-saxlamağı bacarmış müxtəlif formaları ətraflı şəkildə incələnmiş, bu sahədə Amerika Birləşmiş Ştatlarının qanunvericiliyi və Azərbaycan Respublikası qanunlarının xarakterik xüsusiyyətləri araşdırılaraq müqayisə edilmişdir. Eyni zamanda məqalədə yeraltı sulardan milli qanunvericilik çərçivəsində istifadə qaydaları və şərtləri göstərilmiş, yeraltı suların tənzimlənməsi sahəsində fəaliyyət göstərən icra hakimiyyəti orqanlarının səlahiyyətləri, fəaliyyətlərinin əsas istiqamətləri üzrə müxtəlif mənbələrə istinad edilməklə tədqiqat aparılmışdır. Bundan əlavə, yeraltı suların əsas çirklənmə mənbələrinə diqqət çəkilərək onların hüquqi mühafizəsinin əsasları öyrənilmiş, müvafiq normativ hüquqi aktlarda yeraltı sularla bağlı olan hüquq pozuntularına tətbiq edilən inzibati tənbeh tədbirləri, cəzalar və s. araşdırılmışdır. Son olaraq, məqalədə beynəlxalq sahədə nizamlanma üçün əsas olan qanunvericilik aktları tədqiq edilmiş, beynəlxalq praktikaya yerli qanunvericilikdə hansı dərəcədə riayət olunması məsələsi araşdırılmış, müəyyən çatışmazlıq və boşluqlara diqqət çəkilmişdir.

Bu post həm də digər dildə mövcuddur: English