Article language: İngiliscə.
Ön söz
14 iyun 2023-cü il tarixində Parisdə Azərbaycan Arbitraj Assosiasiyası tərəfindən ilk dəfə Azərbaycan Arbitraj Günü keçirilmişdir. Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı Beynəlxalq Ticarət Palatası yanında Beynəlxalq Arbitraj Məhkəməsi və Jus Mundi ilə birlikdə bu tədbirdə təşkilatçı tərəfdaş kimi iştirak etmişdir. Tədbir Azərbaycan Respublikasının Fransadakı səfiri Leyla Abdullayeva, Beynəlxalq Arbitraj Məhkəməsinin sədri Klaudia Salomon və Azərbaycan Arbitraj Assosiasiyasının sədri Kəmalə Mehdiyevanın çıxışları ilə başlamışdır.
Tədbirin gedişatında həm Azərbaycanda, həm də beynəlxalq sahədə arbitrajla bağlı mövzuları əhatə edən iki panel baş tutmuşdur. Bu müzakirələrdə arbitraj sahəsinin tanınmış simaları, professorlar və Azərbaycandan hüquqşünaslar iştirak etmişdir. Bundan əlavə, Andrew Clarke “Beynəlxalq arbitrajda mədəniyyət və inandırma” adlı məruzə ilə çıxış etmişdir. Sonda isə “Arbitraj mühakiməsində mədəniyyət əhəmiyyət daşıyırmı?” mövzusunda professor Bernard Hanotiau və Koorosh Ameli arasında debat baş tutmuşdur.
Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalının bu Sayında tədbirin geniş icmalını təqdim etmək üçün həmin müzakirə və çıxışların stenoqramları toplanmışdır.
Bu post həm də digər dildə mövcuddur: English