Məqalənin dili: İngiliscə.
Annotasiya
XXI əsrin əvvəllərindən etibarən elektron apostil müzakirə obyektinə çevrilmişdir. Onun tətbiqi ilə bağlı isə hələ də bir sıra çətinliklər mövcuddur. Dövlətlərin bu məsələdə ehtiyatlı davranmasının əsas səbəbi hüquqi və texniki xarakterli problemlərin mövcud olmasıdır. Burada əsas sual ondan ibarətdir ki, Apostil Konvensiyasının qəbulu və elektron apostilin tətbiqi üçün vahid standartların müəyyən edilməsi onun üzv dövlətlərdə rahat tətbiqini təmin edə bilərmi? Sualı cavablandırmaq üçün məqalədə xarici rəsmi sənədlərin təsdiq olunma formaları, yəni onların leqallaşdırılması və apostili haqqında məlumat verilir. Daha sonra isə Almaniya qanunvericiliyinə əsasən xarici rəsmi sənədlərin təsdiqlənməsinin tənzimlənməsi, eləcə də Konvensiyaya üzv dövlətlərdə “e-APP” layihəsinin tətbiqinə mane olan problemlər müzakirə olunur. Sonuncu hissədə isə Konvensiyanın cari vəziyyətə uyğunlaşdırılması və elektron apostildən istifadə üçün vahid tələblərin müəyyən edilməsi imkanlarına toxunulur.
Bu post həm də digər dildə mövcuddur: English