Qanunazidd yerləşdirilmiş küçə sənətinin müəlliflik hüquqları üçün qərəzsiz həll yolu tapmaq

9 Baku St. U. L.Rev. 1 (2023)
Məqalənin dili: İngiliscə.

Annotasiya
Küçə sənəti, adətən, ictimai yerlərdə, məsələn, binaların və ya vaqonların üzərində əks etdirilən təsviri incəsənətdir. Bir vaxtlar bu anlayışa cinayət hüququ çərçivəsində çox sərt yanaşılmışdır. Belə ki, qraffitilər cinayət əməli və ya vandalizm kimi dəyərləndirilmişdir. “Subway Surfers” oyununun necə başladığını hamımız bilirik, elə deyilmi? Bununla belə, son dövrlərdə bu məsələyə yanaşma dəyişmişdir və qraffitilər artıq incəsənət – küçə sənəti adlanan bir konsepsiyanın çətiri altındadır. Hətta artıq küçə sənətinin müəlliflik hüquqları ilə qoruna bilməsi barəsində müzakirələr mövcuddur. Bu konsepsiyanın yüksəlişi mövcud müzakirəni başqa səviyyəyə qaldırmışdır: qanunazidd olaraq həyata keçirilən küçə sənətinin müəlliflik hüquqları ilə qoruna bilməsi də artıq müzakirə mövzusuna çevrilmişdir. Bununla belə, “Subway Surfers”dəki oyunçu hələ də qaçır, çünki divarların icazəsiz rənglənməsi qanunazidd əməl hesab edilir. Buna görə də qeyri-qanuni şəkildə yaradılmış küçə sənətinin müəlliflik hüquqları ilə qorunması, xüsusən də “çirkli əllər” doktrinasını nəzərə aldıqda böyük mübahisələrə səbəb olur. Bundan əlavə, qanunazidd olaraq yaradılmış küçə sənəti müəlliflik hüquqları ilə qorunma hüququ əldə edərsə, müzakirələr küçə rəssamlarının sahib ola biləcəkləri iqtisadi və mənəvi hüquqlara qədər genişlənəcəkdir. Bu məqalədə küçə sənətinin (həm qanuni, həm də qanunazidd şəkildə yaradılan) müəlliflik hüquqları ilə qorunması, eləcə də küçə sənətkarlarının əldə edə biləcəyi iqtisadi və mənəvi hüquqlar araşdırılacaqdır.

Bu post həm də digər dildə mövcuddur: English