Məqalənin dili: İngiliscə.
Annotasiya
Səsvermə hüququ və cəmiyyətin istənilən üzvünün qərarların qəbulu prosesində fəal şəkildə iştirakı demokratiyanın əvəzolunmaz elementləridir. Belə ki, hər hansı bir cəmiyyətdə hər bir fərdin səsinin eşidilməsinin böyük əhəmiyyəti vardır. Son tendensiyalar, xüsusən də artan miqrasiya axını, demək olar ki, bütün ölkələrdə cəmiyyətlərin xarakterini dəyişir və yaranan müxtəlifliklər yeni çağırışlar gətirir. Bu çağırışlar hökumətləri onlarla mübarizə aparmaq üçün siyasət həyata keçirməyə sövq edir. Belə çağırışlardan biri əcnəbilər üçün səsvermə hüququdur (qlobal seçki hüququ). Demək olar ki, bütün ölkələrdə səsvermə hüququ vətəndaşlar üçün nəzərdə tutulur. Burada potensial sual yaranır: səsvermə hüququ cəmiyyətdəki hər kəsə və ya ən azı qanuni yaşayış yeri olan qeyri-vətəndaşlara şamil edilməlidirmi? Bu suala cavab tapmaq üçün bu məqalə ilk növbədə demokratiya və vətəndaşlıq arasındakı qarşılıqlı əlaqəni araşdıracaq, konstitusion prinsip kimi “demokratiya” anlayışını tədqiq edəcək və onun əvəzedilməz tərkib hissələrini müzakirə edəcəkdir. Hədəf ölkələrin, yəni Yeni Zelandiya, Çili, Malavi və Uruqvay və Avropa dövlətlərinin konstitusiya çərçivələri və qanunvericilikləri nümunə kimi təhlil və müqayisə ediləcəkdir. Bundan sonra, araşdırmanın nəticələrinin işığında məqalə əsas tədqiqat sualına cavab verməyə çalışacaqdır.
Bu post həm də digər dildə mövcuddur: English