Mübahisələrin onlayn həlli ənənəvi həll üsullarını üstələyə bilər?

8 Baku St. U. L.Rev. 21 (2022)
Məqalənin dili: İngiliscə.

Annotasiya

Rəqamsallaşma həyatın müxtəlif sahələrində, gündəlik həyatda, istehsalatda, işdə, dövlət strukturlarında, biznesdə rəqamsal texnologiyaların tətbiqini əhatə edir və bu, hüquq mühitindən də yan keçməyib. Mübahisə yarandıqda tərəflər adətən çəkişmələr üçün məhkəməyə müraciət edirlər, lakin mübahisələrin məhkəmədən kənar həlli üsulları da mövcuddur ki, onlara mübahisələrin alternativ həlli üsulları deyilir. Texnoloji inkişaf mübahisələrin alternativ üsullarla (arbitraj, mediasiya və danışıqlar) həlli vektorunu da dəyişmiş və mübahisələrin onlayn həlli (onlayn arbitraj, onlayn mediasiya və onlayn danışıqlar) kimi tanınan üsullarını yaratmışdır. Bu məqalə rəqəmsal transformasiya vasitəsilə mübahisələrin alternativ həlli formalarının işləməsi üçün potensial imkan və problemləri təhlil edir. Bundan əlavə, məqalə regional səviyyədə mübahisələrin onlayn həllinin həyata keçirilməsi üçün hüquqi alətləri, xüsusilə də, Avropa qitəsindəki qayda və direktivlərini araşdırır. Məqalənin son təhlil hissəsi mübahisələrin onlayn həlli sahəsində mümkün inkişaf edən texnologiyalara həsr edilmişdir.

Bu post həm də digər dildə mövcuddur: English