Türkiyə xüsusi hüququnda kriptovalyuta sahiblərinin hüquqları: bizə yeni qanunlar və ya qaydalar lazımdır?

7 Baku St. U. L.Rev. 146 (2022)
Məqalənin dili: İngiliscə.

Annotasiya
Kriptoqrafların on il bundan əvvəl yaratdığı kriptovalyuta texnologiyası hökumətlər tərəfindən yaxından izlənilir. Əksərən kriptovalyuta sahiblərinin hüquqlarını göz ardı etsə də, hökumətlər onların kriptovalyuta əməliyyatlarından əldə etdikləri gəlirlər üzərində vergi qoymaq və ya kriptovalyutaların ödəniş vasitəsi qismində istifadəsini qadağan etmək kimi öhdəliklər və ya qadağalar qoymağa daha çox diqqət yetirir. Bu xüsusda, məqalə kriptovalyuta sahiblərinin Türkiyə xüsusi hüququ çərçivəsində hüquqlarını və onlara hüquqi mühafizə təmin etmək üçün yeni qanunlara və ya qaydalara ehtiyacımızın olubolmadığını müəyyənləşdirməyi hədəfləyir. Bu baxımdan, oxucuya mövcud mülkiyyət hüququnu kriptovalyutalara tətbiq edə bilməyəcəyimizi qısaca bildiririk; belə ki, kriptovalyuta sahiblərini mülkiyyət hüququnun şərtlərinə görə qoruya bilmərik. Daha sonra kriptovalyutaları niyə pul, veksel və ya qiymətli kağızlar kimi təsnif edə bilmədiyimizi və bu səbəbdən, kriptovalyuta sahiblərinə bu vasitələrin sahiblərinə verilən hüquqların verilmədiyini təhlil edirik. Bundan əlavə, kriptovalyuta sahiblərinin vəsiyyətnamə və nikah aktivləri rejimlərinə aid hüquqlarından qısaca bəhs edirik. Ardından, müqavilə hüququ baxımından kriptovalyuta sahiblərinin hüquqları məsələsini müzakirə edirik və rəqəmsal əməliyyatların vəilkin sikkətəkliflərinin bəzi hüquqi problemlər yaratdığını müəyyən edirik. Bunun əksinə, elektron əməliyyatlar kriptovalyuta sahiblərinə elektron ticarət qanununa uyğun olaraq müəyyən hüquqlar verir. Nəhayət, kriptovalyuta sahiblərinin məhdud hüquqlara sahib olduqları qənaətinə gəlirik, bu səbəbdən uzun müddətdə beynəlxalq müqavilələrə əsaslanan yeni qanunlara ehtiyacımız var və qısa müddətdə isə elektron ticarət qanunlarını gücləndirməliyik.

Bu post həm də digər dildə mövcuddur: English