Məqalənin dili: Azərbaycanca.
Annotasiya
Kommersiya əməliyyatlarının həyata keçirilməsi zamanı daha sürətli və operativ sənədləşmənin aparılmasında elektron imzadan istifadə böyük rol oynayır. Sürətlə inkişaf edən internet texnologiyaları vasitəsilə müqavilə və bu kimi digər sənədlərin təsdiqlənməsi, o cümlədən ticarətin ən müasir növü hesab edilən elektron ticarətin idarə olunması bu sahədə qanuni tənzimləməni də zəruri edir. Hazırki məqalə elektron imza anlayışının qanunvericilikdə yerini müəyyən edir, kommersiya əməliyyatlarının elektron qaydada həyata keçirilməsi, elektron ticarətin qanunvericilikdə tənzimini və mövcud praktiki boşluqları və çatışmazlıqları araşdırır, eləcə də bu mövzuda Azərbaycan Respublikasının mövcud qanunvericilik aktları ilə beynəlxalq sənədlər və xarici ölkələrin tənzimləmələrini müqayisəli təhlil edir. Məqalədə, həmçinin, elektron imzanın tətbiqi ilə əlaqədar Azərbaycan qanunvericiliyinə dəyişikliklər üçün bir sıra təkliflər irəli sürülür.
Bu post həm də digər dildə mövcuddur: English