Paralel icraatların təhqiqatı, təqibi və həlli

6 Baku St. U. L.Rev. 119 (2020)
Məqalənin dili: İngiliscə.

Annotasiya
Çox sayda beynəlxalq məhkəmənin və tribunalın olduğunu nəzərə alaraq, bu məqalə beynəlxalq mübahisələrin tənzimlənməsində paralel icraat probleminə həm nəzəri, həm də praktik yanaşmanı araşdırır və onun mahiyyətini, qanuni olub-olmamasını, həmçinin, mümkün və ya qeyri-mümkün həll yollarını müəyyənləşdirməyə çalışır. Paralel icraat eyni və ya əlaqəli mübahisənin həlli üçün birdən çox foruma (arbitraj tribunalına və ya məhkəməyə) müraciət təqdim edildiyi təqdirdə meydana gəlir və beynəlxalq hüququn pozuntusunu təşkil edir. Bununla əlaqədar olaraq, məqalədə paralel icraatın nəticələri və mübahisələrin həlli prosesinə və tərəflərə vurduğu zərər araşdırılır, bu məqsədlə, müxtəlif ölkələrin qanunvericiliyi, sivil xalqlar tərəfindən tanınan ümumi hüquq prinsipləri, hüquqi ədəb və hüquqi hörmət kimi doktrinalar, milli və beynəlxalq məhkəmələrin və tribunalların qərarları, bir sıra müəlliflərin əsərləri, mövzuya fərqli baxışlar və dünyada qəbul edilən fərqli təcrübələr təhlil edilərək bu məsələyə səmərəli həll tapmağa çalışılır. Son olaraq, məqalədə araşdırılan bütün mövqelər ümumiləşdirilmiş və bu problemə və onun yaratdığı qanun pozuntusuna münasibət bildirilmişdir.

Bu post həm də digər dildə mövcuddur: English