Beynəlxalq cinayətlərə görə dövlət rəsmilərinin immuniteti

6 Baku St. U. L.Rev. 225 (2020)
Məqalənin dili: Azərbaycanca.

Annotasiya
Aydın məsələdir ki, tarixin hər bir dönəmində törədilən beynəlxalq cinayətlərin bir qismi dövlət rəsmiləri tərəfindən yerinə yetirilir. Dövlətin daxili və xarici siyasətinin tərkib hissəsi kimi dövlət rəsmiləri tərəfindən sülh və bəşəriyyət əleyhinə cinayətlərin törədilməsi və həmin hökumətlər tərəfindən toxunulmazlıq səbəbi ilə cinayət təqibinin həyata keçirilməməsi son zamanlar hüquqi debatların aktual mövzusuna çevrilmişdir. Bu halda cinayətə görə məsuliyyət prinsipinin pozulmasının qarşısını almaq üçün 2 mühüm hüquqi mexanizm tətbiq edilir:
1. Yerli məhkəmələr qarşısında məsuliyyət.
2. Beynəlxalq məhkəmələr qarşısında məsuliyyət.
Əksər dövlətlərin Konstitusiya və digər qanunvericilik aktlarında həmin şəxslərin toxunulmazlığı məsələsi əks olunsa da, beynəlxalq praktikada vəziyyət bir qədər fərqlidir. Vəzifəli şəxslərin yerli və beynəlxalq ədalət mühakiməsi qarşısındakı vəziyyəti onların sahib olduğu immunitetin növündən və əməllərinin səlahiyyət dönəmində törədilib-törədilməməsindən asılı olaraq dəyişir.

Bu post həm də digər dildə mövcuddur: English