UNIDROIT prinsiplərinin beynəlxalq kommersiya müqavilələrinə tətbiqi və ortaya çıxan problemlər

6 Baku St. U. L.Rev. 199 (2020)
Məqalənin dili: Azərbaycanca.

Annotasiya
Qlobal ticarət həyatı dayanmadan genişlənməkdə və beynəlxalq iqtisadi bazarlar tərəfindən təsirə məruz qalan qlobal hüquq mədəniyyəti formalaşmaqdadır. Bu prosesin bir parçası da beynəlxalq ticarət hüququnun maddi normalarının unifikasiyasıdır. Belə kodifikasiya edilmiş mənbələrə ən yaxşı nümunələrdən biri də UNIDROIT Prinsipləridir. Lakin bu prinsiplərlə bağlı təcrübədə mövcud olan ən əsas problem onların praktikada tətbiq olunması ilə əlaqədardır. Bu problemə səbəb isə tərəflərin tətbiq olunacaq hüquq seçimlərinin müxtəlifliyidir, belə ki praktikada ən çox rast gəlinən: 1. Tərəflərin tətbiq olunacaq hüquq kimi ölkədaxili hüququ (tərəflərdən hər hansı birinin və ya üçüncü dövlətin) seçdikləri; 2. Tərəflərin UNIDROIT Prinsiplərinin bütün və ya bəzi müddəalarını öz müqavilələrinə daxil etdikləri; 3. Tərəflərin tətbiq olunacaq hüquq kimi lex mercatoria və ya hüququn ümumi prinsiplərini seçdikləri; 4. Tərəflərin tətbiq olunacaq hüquq kimi heç bir hüquq seçimi etmədikləri hallardır. Bu yazının əsas məqsədi müxtəlif müəlliflərin məsələyə olan fərqli baxışlarını, xarici ölkələrin yerli məhkəmələrinin və beynəlxalq arbitraj məhkəmələrinin qərarlarını təhlil edərək UNIDROIT Prinsiplərinin hansı situasiyada hansı qaydada tətbiq oluna bilməsi ilə bağlı yekun mövqe formalaşdırmaqdır. Bütün bu məsələlər mübahisəyə həm yerli məhkəmələrdə, həm də arbitrajda baxılması halı üçün ayrı-ayrılıqda araşdırılacaqdır.

Bu post həm də digər dildə mövcuddur: English