Alğı-satqı müqavilələrində malların keyfiyyət standartı: Vyana Konvensiyası və Mülki Məcəllənin müqayisəli analizi

6 Baku St. U. L.Rev. 69 (2020)
Məqalənin dili: İngiliscə.

Annotasiya
Malların keyfiyyətinin müəyyən edilməsi istər beynəlxalq, istərsə də milli ticarətin mərkəzində olan, lakin bir o qədər də fərqli yanaşmalar irəli sürülərək mübahisələndirilən məsələlərdən biridir. Beynəlxalq alğı-satqı müqavilələrində malların keyfiyyətini Birləşmiş Millətlər Təşkilatının Malların Beynəlxalq Alğı-satqısı haqqında 1980-ci il Konvensiyası tənzimləyir. Digər bir sıra keçmiş SSRİ dövlətlərində olduğu kimi, Azərbaycan Respublikasında da həmin müddəalar adıçəkilən Konvensiyadan mənimsənmiş və Azərbaycan Respublikasının Mülki Məcəlləsində əks etdirilmişdir. Hazırki məqalə Vyana Konvensiyası ilə Mülki Məcəllə arasında malların keyfiyyətinin obyektiv uyğunluq prinsipinin müqayisəli təhlilini aparır, Mülki Məcəllənin obyektiv uyğunluğun müəyyən edilməsində mövcud boşluqları və çatışmazlıqları ortaya çıxarır və Azərbaycan qanunvericiliyində dəyişikliklər üçün bir sıra təkliflər irəli sürür.

Bu post həm də digər dildə mövcuddur: English