Maliyyə bazarına nəzarət orqanlarının məsuliyyəti: Mövcud tənzimləmə çərçivəsi və gözləntilər

6 Baku St. U. L.Rev. 32 (2020)
Məqalənin dili: İngiliscə.

Annotasiya
Qlobal maliyyə böhranı baş verdikdə maliyyə bazarlarına nəzarət sahəsindəki tənzimləmə diqqət mərkəzində olur: maliyyə bazarlarının fəaliyyətini tənzimləyən və bu sahədə müvafiq nəzarəti həyata keçirən tənzimləyici qurumların fəaliyyətindəki boşluqlar üzrə çıxır, dövlətlər tərəfindən bu sahədəki mövcud tənzimləmə təhlil edilir və zəruri islahatlar aparılır. Məqalədə maliyyə bazarları sahəsindəki tənzimləmə və nəzarəti təhlil edilir və bu fəaliyyətdən irəli gələn məsuliyyət araşdırılır. Məqalənin məqsədi müqayisəli təhlil vasitəsilə maliyyə bazarlarını tənzimləyən və bu sahəyə nəzarət edən qurumların öz fəaliyyətindən irəli gələrək bazarın peşəkar iştirakçıları, o cümlədən onların səhmdarları və vətəndaşlar-istehlakçılar qarşısındakı məsuliyyət dərəcəsini müəyyən etməkdir.

Bu post həm də digər dildə mövcuddur: English