Yüklərin dəniz yolu ilə daşınmasında subdaşıyıcının məsuliyyəti məsələsi

6 Baku St. U. L.Rev. 20 (2020)
Məqalənin dili: İngiliscə.

Annotasiya
Bu məqalə dəniz daşımaları zamanı faktiki daşıycının hüquqi statusu və məsuliyyətinin müəyyən olunmasına həsr olunmuşdur. Belə ki, məqalədə faktiki daşıyıcının şərhi, müxtəlif konvensiyalarda necə müəyyən olunması, faktiki daşıyıcının daşıyıcıya və digər yük daşınması müqaviləsinin tərəflərinə qarşı məsuliyyətinin həddi analiz edilmişdir. Qeyd olunan məsələlər Haqa, Haaqa-Vizbi, Hamburq, Rotterdam və digər beynəlxalq aktlar, həmçinin Azərbaycan Respublikası Ticarət Gəmiçilik Məcəlləsi və Azərbaycan Respublikası Mülki Məcəlləsi əsasında beynəlxalq və milli səviyyələrdə təhlil edilmişdir. Həmçinin mövzu ilə bağlı bir sıra məhkəmə işləri diqqətə çatdırılmışdır.

Bu post həm də digər dildə mövcuddur: English