Article language: Azerbaijani.
Annotasiya
“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu əhalinin ayrı-ayrı kateqoriyalardan olan böyük hissəsinin sosial təminat hüquqlarını müəyyənləşdirdiyi üçün hazırda tez-tez müraciət olunan qanunlardan biridir. Qanunun 9-cu maddəsi sosial müavinətlərin təyin edilməsi müddətinin müəyyənləşdirilməsindən bəhs edir. Buna baxmayaraq, həmin maddənin 1-ci bəndində nəzərdə tutulan zaman kəsiyi aydın şəkildə ifadə olunmadığına görə bu bənd oxuyan və tətbiq edən şəxslərdə çaşqınlıq yaradır. Məqalədə həmin bəndin hüquqi müəyyənlik prinsipinə nə dərəcədə cavab verməsi, veteranlara tətbiq edilən müddətlə bağlı yanlış formalaşmış məhkəmə təcrübəsi, bəndin hazırki redaksiyasında hansı vaxt aralığının nəzərdə tutulduğu məsələləri təhlil edilmiş, sonda isə vəziyyəti dəyişmək üçün təkliflər verilmişdir.
Bu post həm də digər dildə mövcuddur: English