Hansı mülki hüquq və vəzifələr ədalətli məhkəmə araşdırması hüququ ilə qorunur?

5 Baku St. U. L.Rev. 243 (2019)
Məqalənin dili: Azərbaycanca.

Annotasiya
Bu məqalə vətəndaşların hüquq və azadlıqlarının qorunmasının beynəlxalq təcrübəsinə həsr olunub. Məqalədə İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının (Bundan sonra – Konvensiya) ədalətli məhkəmə hüququndan bəhs edən 6-cı maddəsinin 1-ci hissəsində təsbit edilən “mülki hüquq və vəzifələr” anlayışının xarakteristikası verilir, eləcə də hansı pozuntuların həmin maddənin əhatə dairəsinə düşdüyü izah olunur. Bununla yanaşı, bu yazıda Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmə təcrübəsindən çıxış edərək vətəndaş və dövlət arasında olan münasibətlərin hansı hallarda Konvensiyanın 6-cı maddəsinin əhatə dairəsinə düşdüyü praktiki misallarla aydınlaşdırılır. Bu məqalədən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət hazırlayanlar, müraciət prosedurlarını öyrənənlər və eyni zamanda hüquq sahəsində təhsil alanlar faydalana bilərlər.

Bu post həm də digər dildə mövcuddur: English