Aİ-nin Brüssel IV Qaydası: ABŞ və İtaliyanın vərəsəlik qanunu arasında müqayisəli təhlil

5 Baku St. U. L.Rev. 194 (2019)
Məqalənin dili: İngiliscə.

Annotasiya
Avropa İttifaqı (Aİ) qlobal səviyyədə normalar və qaydalar formalaşdırmağa və müxtəlif iqtisadi, siyasi və mədəni mühit yaratmağa davam edir. Əslində, Avropa ölkələri əksər şəxslər və şirkətlər üçün cəlbedici biznes yerləri kimi qəbul olunur. Şəxslərə münasibətdə bu cür “Avropa İttifaqı effekti” millətlərarası evliliklərin sayında olan artımda da müşahidə olunur. Bu cür hadisələr adətən yurisdiksiyaların və tətbiq olunan hüquqların (xüsusən də vərəsəliklə bağlı) ziddiyyətinə gətirib çıxarır. Bu məqalə müştəriləri Aİ Üzv Dövlətlərin birində yaşayan, Aİ vətəndaşı ilə ailə quran və ya Aİ-də əmlaka sahib şəxslər olan və vərəsəlik planlaması ilə məşğul olan beynəlxalq sərvət planlama hüquqşünasları üçün No. 650/2012 nömrəli Aİ Vərəsəlik Direktivi vasitəsilə informativ bir vasitə kimi nəzərdə tutulub. Əslində, 20-ci və 36-cı maddələrə nəzər saldıqda Direktivin bilavasitə ABŞ-da yaşayan şəxslərə də tətbiq olunduğunu görə bilərik. Bu məqalə yalnız yurisdiksiya, məhkəmə qərarlarının tanınması və icrası ilə bağlı məsələləri deyil, həmçinin, notarial hərəkətlərin qəbulu, vəsiyyətnamələrin etibarlılığı və digər vərəsəlik razılaşmalarını da analiz edir.

Bu post həm də digər dildə mövcuddur: English