Təhlükəsizlik Şurasının qərarlarının hüquqi məcburiliyi: “Təhlükəsizlik Şurasının 853 saylı (1993-cü il) qətnaməsi”

5 Baku St. U. L.Rev. 233 (2019)
Məqalənin dili: İngiliscə.

Annotasiya
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının diqqətəlayiq vəzifələrindən biri sülhün qorunmasıdır. Təhlükəsizlik Şurası bu vəzifəsini sülh əleyhinə olan münaqişələrə birbaşa müdaxilə, həmin münaqişələrlə bağlı qərar və tövsiyələr qəbul etmək və s. yollarla yerinə yetirir. Sülh əleyhinə olan belə münaqişələrdən biri 1990-cı illərin əvvəlində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında baş vermişdir. Bu münaqişə ilə bağlı Təhlükəsizlik Şurası 1993-cü ildə 4 qətnamə qəbul etmiş, lakin bu günə qədər bu qətnamələr yerinə yetirilməmişdir. Buna görə də beynəlxalq hüquq sferasında bu qətnamələrin məcburi yoxsa qeyri-məcburi xarakterli olmasının müəyyənləşdirilməsi onların həyata keçirilməsi üçün böyük əhəmiyyət daşıyır. Bu məqalədə Təhlükəsizlik Şurası qətnamələrinin məcburiliyinin şərtləri və həmin şərtlərin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 853 saylı qətnaməsində əks olunub-olunmaması araşdırılmışdır.

Bu post həm də digər dildə mövcuddur: English